Trampın getdiyi hərbi bazaya raket atdılar

  • By admin
  • 03 Mart 2021 11:48

İraqın qərbində yerləşən Ənbər vilayətinə raket zərbələri endirilib.

Gununsesi.info xəbər verir ki, ABŞ əsgərlərinin hərbi bazası olan Eyn əl-Əsədə 10 raket düşüb.

Məlumatı dərc edən İraq rəsmi informasiya agentliyi hücumun kim tərəfindən təşkil olunduğu və dəyən zərər barədə bilgi verməyib.

İraq hökuməti də məsələ ilə bağlı mövqeyini bildirməyib.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp 26 dekabr 2018-ci ildə Eyn əl-Əsədə sürpriz səfər etmişdi.

Gununsesi.info