Tunis millisi Fransanı məğlub etdi

  • By admin
  • 30 Noyabr 2022 21:55

Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.

Gununsesi.info xəbər verir ki, son turda Tunis yığması ilə qarşılaşan “xoruzlar” rəqibinə uduzub – 0:1.

Yeganə qolu 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri vurub. Məğlubiyyətə baxmayaraq, Fransa seçməsi 6 xalla 1/8 finala qrup birincisi kimi yüksəlib. Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək.

Gununsesi.info