Türk dövlətlərinin mədəniyyət nazirləri bəyanat imzalayacaq

  • By admin
  • 13 Noyabr 2021 11:45

“Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalı çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanacaq.

Mədəniyyət Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanacaq.

Bəyanatda “Korkut Ata” Türk Dünyası Film Festivalının gələcəkdə qeyd olunan ölkələr tərəfindən davamlı olaraq keçirilməsi, sözügedən türk dövlətləri arasında kino sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən kino sənayesinə dəstək göstərən birgə fondun yaradılması, müştərək filmlərin çəkilməsi, təhsillə əlaqədar ortaq layihələrin keçirilməsi kimi bir sıra məsələlər nəzərdə tutulur.

Gununsesi.info