Türkiyə-İsrail xəttində böhran böyüyür: Tələbi rədd etdilər

  • By admin
  • 11 Mart 2024 15:33

İsrailin Qəzzaya hücumlarından sonra bu ölkə ilə Türkiyə arasında gərginlik qırılma nöqtəsinə çatır.

Gununsesi.info xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Ankaranın tələbini rədd etdiyi məlum olub. İsrail mətbuatında yer alan xəbərdə Ben-Gvirin Türkiyənin İsraildə saxlanılan iki Türkiyə vətəndaşı ilə bağlı məlumat tələbini rədd etdiyi bildirilib.

Ben-Gvirin Türkiyədən gələn istəyə cavab olaraq “Türkiyə məlumat istəyirsə və ya məhbusları ziyarət etmək istəyirsə, HƏMAS-a təzyiq etsinlər və HƏMAS-ın əlində olan məhbuslarla görüşməyimizə icazə versinlər” dediyi öyrənilib.

İfrat sağçı İsrailli nazir bundan əvvəl Türkiyəni sərt tənqid etmiş və prezident Ərdoğanı “nasist” adlandırmışdı.

 

Gununsesi.info