Türkiyədə ər-arvad üç saat fərqlə koronavirusdan öldü

  • By admin
  • 21 Mart 2021 15:20

Türkiyədə koronavirusa yoluxan cütlük eyni gündə vəfat edib. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aydın vilayətində yaşayan 67 yaşlı Yılmaz Karınca və 63 yaşlı həyat yoldaşı Meral Karınca 3 saat aralıqla müalicə aldıqları xəstəxanada dünyalarını dəyişiblər.

Cütlüyün bir müddət əvvəl koronavirusa yoluxduğu bildirilir. Onlar yaşadıqları ərazisindəki Fehime Faik Kocagöz Dövlət Xəstəxanasının reanimasiya şöbəsində müalicə alıblar. Həkimlərin səylərinə baxmayaraq, Yılmaz Karınca ötən gün gecə vəfat edib. 3 saatdan sonra isə həyat yoldaşı Meral Karıncanın ölüm xəbəri gəlib.
Gununsesi.info