Türkiyə prezidentliyinə namizəd: “İkinci tur olacaq”

  • By admin
  • 28 Mart 2023 16:23

Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası və Türkiyə İttifaq Partiyasından ibarət “Ata” Alyansının prezidentliyə namizədi Sinan Oğan bu gün Ankarada keçirdiyi mətbuat konfransında gündəmlə bağlı qiymətləndirmələr edib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, “Ata” Alyansının prezidentliyə namizədi Sinan Oğan prezident seçkilərinin ikinci turda keçiriləcəyi təqdirdə kimə dəstək verəcəkləri ilə bağlı sualı cavablandırıb.

Oğan, “Seçim ikinci tura keçəcək. Bu dördlük yarışında birinci dövrədə finişə çatma ehtimalı çox da yüksək deyil. Onu da deyim ki, biz seçkinin ikinci turuna iddialıyıq. Nəticədə dörd namizəddən ikisi ikinci tura vəsiqə qazanacaq, ikisi isə keçməyəcək” deyə bildirib.

O, bildirib ki, ikinci turda kimi dəstəkləyəckləri barədə qərarı təmsil etdiyi alyansda müzakirələrdən sonra verəcəklər: ” Biz milliyyətə və bacarıqlara baxacağıq. Terrorla əlaqə və terrordan kömək istəmək vəziyyətinə baxacağıq. Sağlam düşüncə ilə qərar verəcəyik. Sağlam düşüncə bizə bunu göstərir. Cənnət vəd edə bilməyək, amma cəhənnəmin qapılarını bağlamağın vaxtıdır”.

 

Tərcümə:

Şəbnəm