Türkiyə Ukrayna münaqişəsi tərəflərinə hərbi əməliyyatlara moratorium təklifini çatdırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində bildirib.
“Biz tərəfləri atəşkəs elan etmək üçün mexanizm yaratmağa çağırdıq. Bu məsələ ilə bağlı ukraynalılardan sorğular aldıq. Artıq tərəflərə moratorium təklifi təqdim etmişik və bu məsələ ilə bağlı cavab gözləyirik”, – deyə o bildirib.












