Türkiyə vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb

  • By admin
  • 14 Fevral 2022 20:58

Türkiyə Yəməndə təhlükəsizliklə bağlı yaranan problemləri nəzərə alaraq vətəndaşlarını, zəruri hallar istisna olmaqla, bu ölkəyə səfər etməməyi tövsiyə edib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bundan əlavə, XİN səfər etmək məcburiyətində olan vətəndaşları diqqətli olmağa çağırıb.

 

Gununsesi.info