Türkiyədə daha 3 futbol hakimində koronavirus aşkarlandı

  • By admin
  • 25 Sentyabr 2020 16:48

Türkiyədə futbol hakimləri arasında koronavirusa yeni yoluxma halları aşkarlanıb.

Gununsesi.info yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, daha 3 referinin analiz nümunələri müsbət çıxıb.

Onlardan ikisinin aşağı, birinin isə regional liqada idarəçilik etdiyi bildirilib. Hər 3 referi 14 gün ərzində karantində qalacaq.

Qeyd edək ki, Türkiyədə bundan əvvəl 6 hakim koronavirusa yoluxub.

 

 

Gununsesi.info