Türkiyədə zəlzələ olub

  • By admin
  • 05 Yanvar 2022 10:01

Türkiyənin Antalya şəhərinin Alanya rayonu sahilindən 56,9 km məsafədə – Aralıq dənizində zəlzələ olub.

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar 5,3 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri 39,5 km dərinlikdə yerləşib.

Dağıntı və itki barədə məlumat verilməyib.

Gununsesi.info