Türkiyəli Bələdiyyə başqanı: Nuru Paşanın Bakıda heykəlinin qoyulmasını üzərimizə götürməyə hazırıq”

  • By admin
  • 08 May 2022 01:16

Milli Məclisin deputatı Fazil Mustafanın Bakıda Nuru Paşaya heykəl qoyulması təşəbbüsünə qardaş Türkiyə Cümhuriyyətindən reaksiya gəlib.

Gununsesi.info-nun xəbərinə görə, Ankaranın Etimesqut Bələdiyyəsinin başqanı Ənvər Dəmirəl bununla bağlı açıqlama verib.

Qeyd edək ki, Azərbaycanın milli istiqlal şairi Əhməd Cavadın abidəsi məhz Ankaranın Etimesqut bələdiyyəsi ərazisində ucaldılıb.

Ənvər Dəmirəl bildirib ki, tariximizi heykəllərlə ifadə etdiyimiz Türk Tarixi Muzeyindı və Parkında  böyük türk döyüşçüsü, Azərbaycan Dövlət Himninin müəllifi, İstiqlal şairi mərhum Əhməd Cavadın heykəlinin açılışı onları çox sevindirib:

”Bu açılış  Azərbaycan Milli Məclisində gündəmə gəlmiş və qardaşlıq hədiyyəsi kimi qiymətləndirilmişdir. Əhməd Cavad heykəlinə qardaşcasına cavab vermək üçün; Tariximizdə mühüm yeri olan, Bakını bolşevik-erməni quldur dəstələrindən və silahlı birləşmələrindən azad edən Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın 1918-ci il sentyabrın 15-də heykəlinin ucaldılması təklifi bizi çox sevindirdi.  Etimesqut Bələdiyyəsi olaraq bildirmək istəyirəm ki, Nuri Paşanın Bakıda tikilməsi təklif olunan heykəlinin tikintisini və ucaldılmasını öz öhdəmizə götürməkdən çox məmnun olarıq. “Bir Millət-İki Dövlət” olaraq Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcək, tarixi bağlarını daha da gücləndirəcək hər cür töhfə və və dəstək verməyə hazırıq”.

 

Pərviz Həşimli

Gununsesi.info