UEFA Avropa Liqası: “Qarabağ” “Hakken”in qonağı olacaq

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Gununsesi.info xəbər verir ki, Qurban Qurbanovun yetirmələri İsveçdə “Hakken”in qonağı olacaq.

“Ullevi” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı avstriyalı FİFA referisi Sebastian Qishamer idarə edəcək. Matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

H qrupunun digər qarşılaşmaslnda isə Almaniyanın “Bayer 04” komandası Norveçdə “Molde”nin qonağı olacaq.

Xatırladaq ki, ilk turda Bundesliqa təmsilçisi “Hakken”i 4 cavabsız qolla üstələyib. Azərbaycan çempionu isə evdə norveçlilərə qalib gəlib (1-0).