UFC rəhbəri Həbib Nurməhəmmədovu “planetin ən qəddar əclafı” adlandırdı

  • By admin
  • 25 Oktyabr 2020 11:58

UFC rəhbəri Deyna Uayt rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədovu “planetin ən qəddar əclafı” adlandırıb.

Gununsesi.info-nun məlumatına görə, bunu o, UFC 254 turnirindən sonra keçirilən mətbuat konfransında deyib.

“Təəccüblüdür, amma bu adam hələ bir raund belə uduzmayıb”, – deyə Uayt əlavə edib.

Onun sözlərinə görə, döyüşçünün təzyiqi inanılmazdır, eyni zamanda, onun zərbə gücünü yüksək qiymətləndirmək lazımdır.

 

Gununsesi.info