“Ukrayna böhranının qarşısını almaq üçün tədbirləri gücləndirməyə qərar verdik” - ALMANİYANIN XARİCİ İŞLƏR NAZİRİ

  • By admin
  • 12 Fevral 2022 17:50

Almaniya Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.

Federativ Respublika Kiyevdəki səfirliyinin işçilərini ixtisar edir, baş konsulluğu Dneprdən Lvova köçürür.

Almaniya XİN rəhbəri Annalena Berbok bildirib ki, Ukrayna böhranının qarşısını almaq üçün tədbirləri gücləndirmək qərarına gəlib:

“Mən böhranın qarşısını almaq üçün tədbirləri gücləndirmək qərarına gəldim. Hazırda Xarici İşlər Nazirliyində bu qərarların icrası üçün aidiyyəti idarələr və təhlükəsizlik orqanları ilə müşavirə keçirilir”, – deyə Almaniya XİN rəhbəri “Twitter”də yazıb.

 

Gununsesi.info