Ukrayna Rusiyanın İrandan aldığı dronları MƏHV ETDİ

  • By admin
  • 02 Oktyabr 2022 11:37

Oktyabrın 2-nə keçən gecə Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Nikolayev vilayətinə hücum edən İran istehsalı olan 5 ədəd “Shahed-136” kamikadze-dronunu məhv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Bildirilib ki, ümumilikdə oktyabrın 2-nə keçən gecə işğalçılar 7 “Shahed-136” ilə vilayətə hücum ediblər. Onlardan 5-i Odessa zenit-raket briqadası və Xerson zenit-raket briqadasının hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Gununsesi.info