Ukrayna xüsusi xidmət orqanları Dnestryanı prezidentə sui-qəsd planlaşdırıb

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Dnestryanı prezident Vadim Krasnoselski və bir neçə başqa siyasətçini öldürməyə hazırlaşırdı. Tanınmamış respublikanın Dövlət Təhlükəsizlik Nazirliyi bunu terror aktı adlandırıb.

Bu barədə Gununsesi.info Federal Press-yə istinadən xəbər verir.

Dnestryanı hakimiyyət orqanları SBU-nun respublikanın bir neçə rəsmisinə, o cümlədən prezident Vadim Krasnoselskiyə qarşı sui-qəsd hazırladığını bildirib. Ortaqlar onun avtomobilinə partlayıcı qurğu quraşdırıblar – maşın Tiraspolun mərkəzində olub.

Dnestryanı dövlət təhlükəsizlik işçiləri bu hərəkətləri terror aktına hazırlıq kimi qiymətləndiriblər. TASS xəbər verir ki, hazırda cinayətin ortaqları ifadə verirlər. Moldova Respublikasının xarici işlər nazirinin sözlərinə görə, partlayıcı maddələr Ukraynada istehsal olunub.
Tərcümə: Adil
Gununsesi.info