Şeyx amerikalı diplomatlarla nədən danışıb?

  • By admin
  • 09 Mart 2023 15:40

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə  ABŞ Dövlət Departamentinin Beynəlxalq dini azadlıqlar İdarəsinin rəsmiləri – Xüsusi təyinatlar üzrə səfir müavini Karson Roker və Avropa və Mərkəzi Asiya üzrə müşavir Coanna Vulfsberqi qəbul edib.

Bu barədə Gununsesi-info-ya QMİ-dən verilən məlumatda bildirilir.

Məlumata görə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və  Alban-udi xristian dini icmasının sədri Robert Mobili görüşdə iştirak ediblər.

QMİ sədri qonaqlara Azərbaycanda dövlət-din münasibətləri, həyata keçirilən multikulturalizm barədə məlumat verib.

 

Paşazadə dünyanın müxtəlif nöqtələrində dini dözümsüzlük, nifrət çağırışları, dindən siyasi məqsədlərlə sui-istifadə hallarının, ksenofobiyanın müxtəlif təzahürlərinin qarşısnı almağı vacib saydığını bildirib.

Şeyxülislam Azərbaycandakı dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının fəaliyyəti barədə danışıb və bu Şuranın əsas fəaliyyət prioritetlərini diqqətə çatdırıb.

QMİ sədri və dini konfessiya rəhbərləri qonaqları maraqlandıran sualları cavablandırıblar.

Məlumata görə, qonaqları, əsasən dini icmaların qarşılıqlı əməkdaşlıq sahələri, xeyriyyəçilik fəaliyyəti, qadın və uşaq hüquqları və s. barədə suallar maraqlandırıb.

Dini konfessiya rəhbərləri öz icmalarının timsalında bütün suallara ətraflı cavablar veriblər.

 

Şəbnəm

Gununsesi.info