Ukraynanın 11 vilayətində həyəcan siqnalı verildi

  • By admin
  • 01 Sentyabr 2023 09:13

Bu gecə Ukraynada genişmiqyaslı hava həyəcanı elan olunub.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, xəbərdarlıq 11 vilayətdə verilib.

Belə ki, əvvəlcə Çerkassı vilayətində, sonra Dnepropetrovsk, Kirovoqrad və Nikolaev vilayətlərində elan edilib.

Səhər saatlarında isə Vinnitsa, Jitomir, Kiyev, Odessa, Poltava, Sumi, Çerniqov vilayətlərində də həyacan siqnalı verilib.

Gununsesi.info