Üzərinə mərmər daşı düşən kişi öldü

  • Müəllif: Firuzə
  • 12 Noyabr 2025 11:05

Abşeronda üzərinə mərmər daşı düşən 45 yaşlı kişi ölüb.

Gununsesi.info xəbər verir ki, Xırdalan şəhərinin ərazisində Sumqayıt şəhər sakini 1980-ci il təvəllüdlü Ziyad Məmməd oğlu Həsənov idarə etdiyi yük avtomobilinə mərmər yükləyən zaman daş onun üzərinə düşüb. Nəticədə kişi xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Araşdırmalar aparılır.

 

Gununsesi.info