Vəkilliyə qəbul intensivləşib: - Rəqəmlər açıqlandı

  • By Admin2
  • 19 Yanvar 2026 10:51

2025-ci ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən 2 yazılı test imtahanı keçirilib. İmtahanlarda 823 namizəd iştirak edib, onlardan 420 nəfər müvəffəqiyyət qazanıb. İl ərzində 469 namizəd şifahi müsahibədə iştirak edib və 347 nəfər and içərək vəkil fəaliyyətinə başlayıb.

Gununsesi.info xəbər verir ki,  bu barədə Vəkillər Kollegiyası məlumat verib.

Belə ki, ümumilikdə son 8 il ərzində vəkilliyə qəbul üzrə keçirilən imtahanların sayı əhəmiyyətli dərəcədə artıb və bu müddətdə vəkil korpusu üç dəfədən çox genişlənib.

Bundan əlavə, 2025-ci il ərzində VK Rəyasət Heyətinin 21 iclası keçirilib və ümumilikdə 790 qərar qəbul olunub. Bu qərarlar vəkilliyə qəbul, intizam məsələləri, fəaliyyətin dayandırılması, maddi yardım, üzvlük haqlarından azadolma və digər məsələləri əhatə edib.

Hesabat dövründə Rəyasət Heyətinə 5 041 müraciət daxil olub və onların hamısı qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq cavablandırılıb.

Eyni zamanda 1 578 müraciət üzrə vətəndaş qəbulu həyata keçirilib.

Xəstəlik səbəbi ilə 4 vəkilə maddi yardım göstərilib, 82 vəkil isə analıq məzuniyyəti, təhsil və digər əsaslarla üzvlük haqqı ödəməkdən azad olunub.

Gununsesi.info