Vardanyana bu ittihamları vermək olar- RÜFƏT SƏFƏROV DEYİR Kİ …

  • By ilhame
  • 27 Sentyabr 2023 22:43

Xəbər verdiyimiz kimi, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı qondarma rejimin “dövlət naziri” postunu tutmuş Ruben Vardanyanı həbs edib.

Vardanyanın son dövrlərdə Qarabağa köçməsini nəzərə alsaq o zaman onun ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərdə əlinin olması sual doğurur.

Bəs görəsən, Azərbaycan hüquq-mühafizə orqanları Vardanyana hansı ittihamları irəli sürəcək?
Keçmiş prokurorluq işçisi, insan haqları fəalı Rüfət Səfərov Gununsesi.info-nun mövzu barədə suallarını cavablandırıb.

Ruben Vardaniyanın qondarma rejimin “dövlət naziri” olduğunu xatırladan Rüfət Səfərov deyir ki, buna görə də separatçı rejimin hərbi, hüquqi, siyasi, diplomatik qanadına məsul olan şəxslər Azərbaycanın cinayət qanunvericiliyi ilə məsuliyyət daşıyırlar:
” Hesab edirəm ki, separatçı rejimin rəhbərləri sülh və insanlıq əleyhinə, ictimai təhlükəsizlik əleyhinə, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə cinayətlər törədiblər. Əlbəttə, Vardaniyanın hərəkətlərinə Baş Prokurorluğun, DTX-nın, DİN-nin peşəkar istintaqçılarının hesabına formalaşacaq birgə istintaq qrupu hüquqi qiymət verəcək, məsuliyyət tədbirləri seçiləcək, iş baxılması üçün məhkəmə istintaqına göndəriləcək. Bununla belə, düşünürəm ki, Ruben Vardaniyanın hərəkətlərində qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar, hərəkətlər etmə vardır. Bundan başqa, Ruben Vardaniyanın cinayətkar-separatist fəaliyyətini izləyən şəxs olaraq deyə bilərəm ki, o, milli, sosial düşmənçiliyin salınmasında, terrorçuluqda ittiham edilə bilər”.

Elmar
GUNUNSESİ.İNFO