Vatikanda Papa üçün cənazə mərasimi keçirildi – Minlərlə insan qatıldı

  • By admin
  • 05 Yanvar 2023 17:18

Vatikanda XVI Papa Benedikt üçün cənazə mərasimi keçirilib

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, keçmiş Vaitkan Prezidenti və XVI Papa Benedikt üçün keçirilən yas mərasimində minlərlə insan iştirak edib.

Katolik kilsəsi tarixində 265-ci Papa olaraq tarixə keçən Benedikt alman vətəndaşı olaraq Cosef Ratzinqer adını Papa olduqdan sonra Benedikt olaraq dəyişdirib.

Həyatdaykən vəzifəsini sağlığında tərk edən Benedikt 600 ildən sonra bu addımı ilə daha bir dəfə tarixlərə düşüb.

Yas tədbirinə Almaniya Prezidenti Frank Volter Ştaynmater, Baş naziri Olaf Şoltz, İtaliya Prezidenti Sergiyo Matarella, Baş nazir Georgia Meloni, Portuqaliya Prezidenti Marselo Rebelo, Belçika Kralı Filip, Kolumbiya XİN başçısı Alvaro Duran kimi dövlət yetkililəri qatılıblar.

Xatırladaq ki, XVI Benedikt 2005-2013-cü illər arasında Papalıq vəzifəsini icra edib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info