Vikipediadan şəhidlər barəsində məqalələrinin silinməsi planlıdır –Fariz Əkbərov

  • By admin
  • 17 Sentyabr 2024 12:17

Ötən günlərdə  xalqın ciddi  narahatlığına səbəb olan bir hadisə – Vikipediada şəhidlərimizin məqalələrinin bir qrup şəxslər tərəfindən silinməsi ilə bağlı məlumat aşkarlandı.

 

Gununsesi.İnfo-nun əməkdaşı həmin andaca gündəmə çevrilən olaya  hüquqi aydınlıq gətirmək üçün “Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi” -nin sədri, Fariz Əkbərova suallar ünvanladı. 

 

–Baş vermiş bu xoşagəlməz fakta aydınlıq gətirə bilərsinizmi? 

 

–Bəli. Vikipediada şəhidlərimizin məqalələrini Azərbaycan vətəndaşları olan “Solavirum”, “Grenzsoldat”, “Nemoralis, “Dr.Wiki54” – adlı  şifrələrdə gizlənən şəxslər, əslində isə  Ayxan Zayıdzadə, Cəlal Cavadov, Nəriman Məmmədli, Cavid Rəsulzadə bilərəkdən silmişlər.  Halbuki, 44 günlük haqlı, bir o qədər də şanlı savaşımızda onların həmyaşıdları düşmən önünə yürüyüb vətən üçün candan keçən zaman bunlar qaçıb gizlənmişdilər. 

 

–Düşünürük ki, bu, xalqımıza və dövlətçiliyimizə yönəlmiş cinayətdir. Bəs həmin şəxslər Azərbaycan Respublikasının “Kibercinayətkarlıq haqqında” Qanununun müəyyən maddələrinə görə  hansı məsuliyyət daşıyır?

 

–Yuxarıda adları çəkilən və sifarişlə Vikipediada şəhidlərimizin məqalələrini sildirən şəxslər birmənalı şəkildə  cinayət məsuliyyətinə cəlb edilməlidirlər. “Kibercinayətkarlıq haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edilmiş Kibercinayətkarlıq haqqında Konvensiyanın 8-ci maddəsində deyilir ki,  Kompüter texnologiyalarından bu cür istifadə etmək dələduzluqdur.    

 Hər bir tərəf daxili qanunvericilikdə özü və ya digər şəxs üçün mənfəət əldə etmək məqsədilə dələduzluq və ya bəd niyyətlə kompüterdə  verilənlərinin hər hansı birinin  daxil edilməsi, dəyişdirilməsi, silinməsi və ya təcrid edilməsi, yəni həmin şəxslər qanunu pozaraq cinayət törətmişdilər.

 

– Fariz müəllim, həm   peşəkar, həm  də vətəndaş olaraq məsələyə subyektiv münasibətinizi bilmək istərdik. 

 

–Sentyabr ayı Azərbaycan xalqının qəhrəmanlıq dastanlarının yazıldığı aydır, Vətən müharibəsinin başlaması, “Qisas əməliyyatı”, 19-20 sentyabr antiterror əməliyyatı məhz bu ayda baş verib.  Şəhidlərimizin məqalələrini silənlər və onları bu işə yönəldənlər bunu məhz həmin ayda etmələri bilərəkdəndir və bu düşünülmüş  bir plandır.

 

– Qeyd etdiniz ki, onlar məsuliyyətə cəlb olunub, öz layiqli cəzalarını alacaqlar. Bu Konvensiyanın müəyyən maddələrinə uyğun olaraq müəyyənləşdiriləcək. Bir də  xalqın cəzası var, yəni ictimai qınaq… Xalqın düşməninə çevrilmək necə? Bəs bu cəzanı onlar necə ödəməlidir?

 

–Bax bu, ən sərt cəzadır deyərdim. İctimai qınaq obyektinə çevrilmək, xalqın milli-mədəni dəyərinə, dövlətçiliyimizə, millətimizə qarşı riyakarlıq, deyərdim ki, xəyanət  yolverilməz və bağışlanmazdır. Xalq ona edilən heç nəyi unutmur. Yaxşını da, pisi də. Hər kəs öz layiqli cəzasını alır. Torpağımız uğrunda ölənlər ilə vətən, şəhidlərimiz isə vətən torpaqlarını qanları ilə suvardıqları üçün yenilməzdir!  

 

 

Aynur Turan

Gununsesi.info