Xəzər dənizindəki gəmidə yanğın üç gündür davam edir -Video

  • Müəllif: ilhame
  • 02 Avqust 2024 13:04

Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir.

 

Gununsesi.info-ya bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, aidiyyəti qüvvələr hadisə yerindədir və proses davam edir.

 

Xatırladaq ki, Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisindəki yanğın iyulun 31-də başlayıb. “Maritime Logistics Inc” şirkətinə məxsus olduğu deyilən gəmidə hadisə zamanı xəsarət alanların olmadığı, heyətin təxliyə edildiyi bildirilir.

Gununsesi.info