“Xalqa Xidmət Hərəkatı” ilk üzbəüz toplantısını keçirdi /FOTOLAR

  • By admin
  • 30 Yanvar 2023 08:57

“Xalqa Xidmət Hərəkatı”nın İdarə Heyəti və şəhər-rayon Təşilat Başqanlarının, onların müavinlərinin və bəzi sıravı üzvlərinin ilk üzbəüz görüşü olub.

Gununsesi.info xəbər verir ki,  çay süfrəsi ətrafındakı ilk görüş tanışlıq xarakteri daşıyıb. Toplantı zamanı hərəkatın məqsədləri, hədəfləri və siyasi ideologiyası müzakirə edilib. Eləcə də, “XXH”-çilərə yol xəritəsi və atılacaq addımlar elan edilib.

Siyasi hərəkatın başqanı Arzu Sayadoğlu çıxış edərək, bütün üzvlərin toplantıya qatılmasını yüksək qiymətləndirib. Toplantı zamanı Gəncə, Sumqayıt, Göygöl, Tovuz və Qubadan, eləcə də ölkənin digər şəhər-rayonlarından və Bakının rayonlarından olan Təşkilat Başçıları öz fikirlərini bölüşüblər. Yığıncaqda xalqa xidmət üçün fədakarlıq və aktivlik qarşıya qoyulub.

Görüş zamanı xalqın önünün açılması və sıxıntılı durumdan qurtarılması üçün təkliflər edilib. Bütün siyasi qurumlara hörmətlə yanaşılması vurğulanıb. Xalqa Xidmət Hərəkatçıları millətə xidmət üçün inamla irəliləyəcəklərini bildiriblər.
 Görüşün əsas mövzularından biri XALQIN PROBLEMLƏRİNİN həlli olub və bu yolda mümkün olan kömək üçün təmənnasız addımların atılması qəbul edilib.
Xalq üçün bir ÜMİD olmağa çalışan “İŞIQ”çılar ilk üzbəüz toplantıları zamanı xalqa müraciət ediblər:
“Uca və cənab xalqımız! Biz gəlirik. Öpülməyən əllərinizi öpməyə gəlirik. Sıfır büdcə və sonsuz sevgi ilə ayaqlarınıza gəlirik. Baş tacımız olan sizi qəlbimizin ən dərinliklərindəki millət aşiqliyi ilə ağ günlərə çıxarmağa, öldürülmüş olan son qapını – ümidi açmağa gəlirik”.
” “Xalqa Xidmət Hərəkatı”: Xalqa Xidmət edənlərin ünvanı – Xalqın ümid yeri!”

 

Gununsesi.info