XİN Braziliyaya başsağlığı ünvanlayıb

  • Müəllif: ilhame
  • 12 May 2024 16:18

Azərbaycan Braziliyaya başsağlığı verib.

 

Gununsesi.info xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi “X” səhifəsində paylaşım edib.

 

“Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik”, – paylaşımda deyilir.

Gununsesi.info