Ötən gecə Bakının Yasamal rayonunda silahlı insident baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində Ceyhun Həsənov və Sənan Dünyamalıyev yaralanıblar.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Məlumata görə, onların hər ikisi ayaq nahiyəsindən güllə yarası alıb və həyatları üçün təhlükə yoxdur.











