Mübariz Mənsimov yaşamla ölüm arasında qalanlara dəstəyini davam etdirir - VİDEO/FOTOLAR

  • By admin
  • 20 Fevral 2023 18:43

Mübariz Mənsimov yaşamla ölüm arasında qalanlara dəstəyini davam etdirir

Türkiyədə yaşanan faciəvi zəlzələdən sonra bir çox şirkətlər və iş adamları zərərçəkənlərə dəstək verməyə davam edir.
Onlardan biri də qardaş ölkədə çalışan həmyerlimiz “PALMALİ GROUP”un sahibi Mübariz Mənsimovdur.

 

Gununsesi.info xəbər verir ki, şirkətin işçiləri və geniştərklibli heyət zəlzələ bölgəsinə səfər edərək, orada çarəsiz qalan insanlara kömək edir.

Yardımlar paylayan “Palmali” şirkətinin əməkdaşları bölgə insanları və uşaqlarla bir araya gələrək onlara qida yardımı və körpələrə oyuncaqlar paylayıblar.

Həmçinin, gündəlik minlərlə insan üçün gündə 3 dəfə yemək paylayan “Palmali” qrupu bir neçə gündür ki, bu nəcib əməllərini davam etdirir.

 

 

“Gəzən mətbəx” qurularaq insanların qidalanmasına başlanıb. Şirkət dağıntı bölgəsində “Palmali Çadır Kent” quraraq insanların evsizlik şəraitində sığınacaqla təmin edilməsinə yardımçı olub.

Dağıntı bölgəsindəki çadırlara səfər edən “Palmali” şirkətinin əməkdaşları  Hatay şəhərinin Samandağ kəndində qəmgin və çarəsiz insanların ümidi olmağa çalışıblar. Dağılan və yıxılan binalarla tanış olublar. Bişirilən yeməklərə baş çəkiblər. Çadır paylayıblar.

 

 

Bununla bağlı açıqlama verən “Palmali” şirkətlər qrupunun Mətbuat Xidmətinin başçısı Fidan Quliyeva bunları bildirib: “Deməliyəm ki, Samandağıda “Palmali” çadırında səhər saat 4-dən insanlar artıq ayaq üstədirlər. Hamı bir nəfər kim erkən saatlardan başlayır. 4-5 min adama xidmət göstərmək çox çətindir. Sözsüz ki, zəlzələnin törətdiyi problemlər həyatı iflic edib. Ancaq heç kim ruhdan düşmür. Hər kəs özünü insanlara yardım göstərməyə həsr edib. “Palmali” çadırında insanlara paylanan yeməkləri bir nəfər yox, kollektiv hazırlayır. Burada bir qardaşlıq, həmrəylik, insanpərvərlik əməyi var. Bir sözlə, ya savaşa, ya da zəlzələ bölgəsinə getmək arasında heç bir fərq yoxdur”.

Qeyd edək ki, Mübariz Mənsimovun zəlzələ qurbanları üçün ayırdığı vəsait 25 milyon lirəni keçib.

 

 

         

Arzu Sayadoğlu

Gununsesi.info