Yaşayış binasına raket atıldı: ölənlər var

  • By admin
  • 10 İyul 2022 13:25

Rus qoşunları Ukraynanın Donetsk bölgəsindəki Çasiv Yar şəhərində 5 mərtəbəli yaşayış binasına raket zərbəsi endirib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko sosial media hesabında açıqlama verib:

“Xilasetmə əməliyyatları davam edir. Dağıntılar altından 6 meyit və 5 yaralı çıxardıq”.

Kirilenko, biri 9 yaşlı olmaqla ən azı 34 nəfərin hələ də dağıntılar altında ola biləcəyini bildirib.

Gununsesi.info