”Yelo Bank” ilin bankı seçildi

  • By admin
  • 23 Dekabr 2021 09:56

Dekabrın 17-də “Caspian Business Award 2021” beynəlxalq mükafatının təqdimat
mərasimi keçirilib.

Gununsesi.info xəbər veriri ki, tədbirdə Yelo Bank “İlin bankı” nominasiyasında qalib gəlib.

Parlaq bankçılıq" şüarı ilə fəaliyyət göstərən Yelo Bank 2021-ci il ərzində xidmət
şəbəkəsini yeniləməklə bərabər, bir sıra yeni onlayn xidmətlər də istifadəyə verib.
Təqdim olunan bütün yeniliklərin əsas məqsədi müştərilərin harada olmaqlarından asılı
olmayaraq onlara yaxın olmaq və ən yaxşı xidməti göstərə bilməkdir.
Tədbirdə mükafatı qəbul etmiş Yelo Bank-ın Baş biznes inzibatçısının müavini Vaqif
Babayev Bankın gördüyü işin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib:
“Çox şadıq ki, rebrendinq prosesindən qısa müddət sonra artıq hiss olunan nəticələr
əldə edə bilmişik. Bu il qəbul edilmiş strategiyamıza uyğun olaraq bütün biznes
istiqamətləri üzrə stabil inkişafa nail olmuşuq. Qarşıdakı il də həm məhsullarımızı, həm
də xidmət keyfiyyətini daha da artırmaqla müştərilər üçün yeni və rahat həllər təqdim
etməyi planlaşdırırıq”.


“Caspian Business Award” mükafatının təqdimetmə mərasimində “Caspian Energy
Club”a üzv şirkətlərinin, dövlət qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbirdə dinamik nəticələr göstərən, 2021-ci ildə biznesin inkişafında mühüm rol
oynayan, ölkə iqtisadiyyatının daha sürətli inkişafına töhfə vermiş şirkət və qurumlar
mükafatlandırılıb.
Tədbirin təşkilatçısı olan “Caspian Energy Club” sıralarında dünyanın 50 ölkəsindən
olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirir. Klubun əsas məqsədi Azərbaycanda və
fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması,
həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal
iştirak etməkdən ibarətdir.
Qeyd edək ki, Yelo Bank ötən il də nüfuzlu beynəlxalq nəşr olan Capital Finance
International (CFI.co) tərəfindən "Ən İnnovativ Korporativ Rebrendinq Strategiyası –
Azərbaycan 2020" nominasiyasında qalib olmuşdu!