Yeni il gecəsi terror planlayan 4 nəfər SAXLANILDI

  • By Ayshan
  • 15 Dekabr 2025 20:45

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Yeni il gecəsi Los-Ancelesdə planlaşdırılan terror planının qarşısını alıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı 4 nəfər həbs olunub.

Onlar özlərini fələstinpərəst və Tısbağa Adası Azadlıq Cəbhəsinin (TILF) radikal bir qolu kimi təqdim ediblər.

FTB-nin məlumatına görə, saxlanılanlar Yeni il gecəsi Los-Ancelesdə əldəqayırma partlayıcı qurğulardan istifadə edərək beş ayrı-ayrı yerdə koordinasiyalı bomba hücumları planlaşdırıblar. Eyni TILF ekstremist qrupu ilə əlaqəli olduğu güman edilən beşinci şəxs Yeni Orleanda başqa bir hücum planlaşdırmaqda şübhəli bilinərək həbs olunub.

Gununsesi.info