Yunanıstanın müdafiə naziri Türkiyəyə səfər edəcək

Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos aprelin 4-ü Türkiyəyə səfər edəcək.

Gununsesi.info-nun İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Panagiotopoulos türkiyəli həmkarı Hukusi Akarla birlikdə zəlzələdən zərər çəkmiş Hatay vilayətini ziyarət edəcək.

Səfər Hulusi Akarın dəvəti əsasında baş tutacaq.

 

 

Gununsesi.info