“Onu azadlığa buraxın”

ABŞ Prezidenti Co Bayden Rusiyada casusluq ittihamı ilə həbs edilən Amerikanın “The Wall Street Journal” (WSJ) qəzetinin müxbiri Evan Qerşkoviçin azadlığa buraxılmasını xahiş edib. 

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Onu azadlığa buraxın”, – Amerika lideri jurnalistin saxlanılması və həbsi ilə bağlı vəziyyəti şərh edərkən bildirib.

Xatırladaq ki, ABŞ-də dərc edilən nüfuzlu “Wall Street Journal”ın (WSJ) müxbiri Evan Qerşkoviç Yekaterinburq şəhərində saxlanılıb. Daha sonra Moskvanın Lefortovo Məhkəməsi 32 yaşlı amerikalı jurnalisti casusluq ittihamı ilə həbs edib.

Fotoda Evan Qerşkoviç

 

Gununsesi.info