“Yusuf, bura Rusiyadır, burda çoxlu Nataşalarımız var” - MOİK-dən qeyri-adi təqdimat / VİDEO

  • By admin
  • 19 Yanvar 2022 19:58

Moskva MOİK-inin mətbuat xidməti “Lill”dən Yusuf Yazıcınının icarəyə götürülməsi xəbərini qeyri-adi üsulla ictimaiyyətə təqdim edib.

Gununsesi.info xəbər verir ki, klubun sosial şəbəkə səhifəsində futbolçu ilə xəyali yazışma dərc edilib.

Ordu komandasının təqdim etdiyi videoda klubun hesabında əvvəlcə onun şəkilləri bəyənilir, daha sonra ingilis dilində şəxsi yazışma başlayır.

Türk futbolçu suallara cavab vermir. Bundan sonra MOİK “Yusif, bura Rusiyadır, burada çoxlu Nataşalarımız var”, – yazır və dərhal da “Beş dəqiqə, mən artıq yoldayam!”, – cavabı gəlir:

Video yayımlanandan təxminən 15-20 dəqiqə sonra bütün MOİK hesablarından silinsə də, görüntülər və skrinşotlar artıq sosial şəbəkələrdə yayılıb.