Zabil Qəhrəmanovun həbsi üçün məhkəməyə təqdimat verildi

  • By admin
  • 25 Oktyabr 2025 18:54

İki gündür ki, Gəncədə xuliqanlıq ittihamı üzrə şübhəli bilinən tanınmış vəkil Zabil Qəhrəmanov daha bir  ittiham üzrə təqsirli bilinir.

 

Bu barədə Gununsesi.info-ya Zabil Qəhrəmanovun vəkili Əziz Qənbərli deyib.

Onun sözlərinə görə, Zabil Qəhrəmanova dələduzluq ittihamı da verilir.

Zabili bir qədər əvvəl Gəncə Şəhər Prokurorluğuna apardılar. Prokuror müavini ilə özünün də söhbəti oldu. Bizə dedilər ki, gedin məhkəməyə. Belə görünür ki, onun barəsində istintaq orqanı həbs təqdimmatı verib.

Mənimlə yanaşı Gəncədə çalışan əksər vəkillər buradadır. Zabilin həbsi üçün heç bir hüquqi əsas yoxdur.