Zelenski 606 rusu “qara siyahı”ya saldı

  • By admin
  • 09 Sentyabr 2022 20:21

Ukrayna Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Gununsesi.info xəbər verir ki, müvafiq sərəncam Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən imzalanıb.

Bildirilir ki, Rusiya hakimiyyət orqanlarında təmsil olunan 606 şəxs “qara siyahı”ya salınıb.

Siyahıda Rusiya Təhlükəsizlik Şurasının 28, Federasiya Şurasının 154 və Dövlət Dumasının 424 üzvünün adı var.

Gununsesi.info