Ədliyyə Nazirliyi AXCP-ni də qeydiyyata almaqdan imtina edib

  • By admin
  • 19 İyul 2023 22:40

Ədliyyə Nazirliyi daha bir müxalif partiyanı – Azərbaycan Xalq Cəbhəsi Partiyasını qeydiyyata almaqdan imtina edib.

Gununsesi.info bildirir ki, bu barədə adıçəkilən partiyaya nazirlikdən bildirilib.

Qeyd edək ki, “Siyasi Partiyalar haqqında” yeni qanunun qəbulundan sonra hər bir partiya 5 min üzvünün siyahısını Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Bu gün nazirlik “yox” cavabını Müsavat Partiyasına da verib.

Gununsesi.info