Əgər 2020-ci il seçkilərində qalib gəlsəydim… -Tramp

  • By admin
  • 10 İyul 2022 12:52

ABŞ-ın keçmiş prezidenti Donald Tramp elan edib ki, əgər 2020-ci il seçkilərində qalib gəlsəydi, Ukraynada hərbi münaqişəyə imkan verməzdi.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz o dövlətik ki, Rusiyaya minlərlə insanı öldürməklə Ukraynanı viran qoymağa icazə vermişik. Bu vəziyyət daha da pisləşəcək, halbuki, seçkilər başqa cür keçirilsəydi, bütün bunlar baş verməzdi”, – o, Alyaskanın Ankoric şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib. Tramp əlavə edib ki, Vaşinqton Moskva ilə razılığa gələ bilər və ya buna ümumiyyətlə ehtiyac olmazdı.

ABŞ prezidenti Co Bayden administrasiyasını ittiham edən siyasətçi əlavə edib ki, onların Ukraynadakı hərəkətləri dünya müharibəsinə gətirib çıxara bilər. Tramp həmçinin inflyasiya və qoşunların Əfqanıstandan çıxarılmasını xatırladaraq Co Baydenin siyasətini uğursuz adlandırıb.

Məlumat üçün bildirək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ilin noyabr ayında keçiriləcək aralıq seçkiləri ərəfəsində prezidentlik postu uğrunda mübarizəyə qoşulmaq niyyətində olduğunu gizlətmir.

Gununsesi.info