Ələt-Astara yolunda minik avtomobili yük maşınına çırpılıb, yaralananlar var

  • By admin
  • 24 May 2023 09:25

Ələt-Astara avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin “KamAZ” markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.