Ərdoğan ABŞ-a birbaşa meydan oxudu

  • By admin
  • 26 Sentyabr 2021 10:18

Türkiyə Prezidenti Ərdoğan ABŞ-a birbaşa meydan oxuyur.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın CBS telekanalı məlumat yayıb.

“Ərdoğan hökumətinin ABŞ-a meydan oxuduğunu və Rusiya istehsalı olan hava müdafiə sistemləri (S-400) almağı planlaşdırdıqlarını söylədi”, – məlumatda bildirilib.

Ərdoğan CBS telekanalına verdiyi açıqlamada deyib ki, heç kim hansı müdafiə sistemlərini hansı ölkədən alacağımıza müdaxilə edə bilməz. Amerikalı jurnalistin “Rusiyadan əlavə S-400 zenit-raket sistemləri almağı planlaşdırırsınızmı” sualına Ərdoğan düşünmədən “Əlbəttə ki, bəli” cavabını verib.

Gununsesi.info