10 il ərzində Rusiya dünyanın ən iri qızıl hasilatçısına çevriləcək

  • By admin
  • 27 Avqust 2020 20:52

Növbəti on il ərzində Rusiya dünyanın ən iri qızıl hasilatçısı olacaq.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Fitch Solutions” şirkətinin proqnoz-hesabatında deyilir.

Proqnoza əsasən, Rusiyada qızıl hasilatı 2020-ci ildə 11,3 milyon unsiyadan 2029-cu ildə 15,5 milyon unsiyayadək artacaq. Bu göstərici hazırda ən iri qızıl hasilatçısı olan Çindən daha yüksək olacaq.

2029-cu ildə dünya qızıl hasilatının 11,6 faizi Rusiyanın payına düşəcək. Hazırda bu göstərici 10,6 faizə bərabərdir.

2020-2029-cu illərdə Rusiyada qızıl hasilatı illik 3,7 faiz artım nümayiş etdirəcək. Çində isə artım 0,2 faizə bərabər olacaq.

 

 

Gununsesi.info