Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat keçirilib.
Məlumata görə, Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxslər saxlanılıb.
İcra başçılarına qarşı keçirilən əməliyyatlar ilk deyil və yəqin ki, son da olmayacaq.
Diqqətçəkən məqamlardan biri də onların həbs xəbərlərinə həmin rayonların sakinlərinin də sevinməyidir.
Xüsusi olaraq sosial şəbəkələrdə də həmin başçıların illərdir ki, başçı postunu zəbt etdikləri yazılır.
Belə ki, İslam Rzayev 14 ildir bu vəzifəni icra edirdi.
Ancaq nəinki 14 il, hətta 20 il və daha artıq başçı vəzifəsində qalan şəxslər var.
Maraqlıdır, fəaliyyət illəri 20 ili keçən icra başçıları kimlərdir?
Gununsesi.info başçı fəaliyyətləri 20 ili keçən şəxslərin siyahısını təqdim edir:
1-Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov -33 il
2-Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov – 30 il
3-Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov – 25 il
4-Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov -21 il
5-Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov-21 il
6-Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov -20 il
7-Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev -20 il
8-Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev -20 il
9-Xızı rayon İcra Hakimiyyəti başçısı Xəzər Aslanov – 20 il
10-Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov -30 il
11-Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov – 25 il
12-Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov – 20 il
Orxan













