2021-ci ildə Rusiyada qaz hasilatı 10% artıb

  • By admin
  • 02 Yanvar 2022 19:34

2021-ci ildə Rusiyada qaz hasilatı 2020-ci il ilə müqayisədə 10 faiz artaraq 762,3 milyard kubmetr təşkil edib.

Gununsesi.info xəbər verir ki, yalnız dekabr ayında ölkədə 69,03 milyard kubmetr qaz hasil edilib (ötən ilin anoloji dövrü ilə müqayisədə 3,3% artım ).

 

Ən çox qaz hasil edən şirkətlər arasına “NOVATEK” (77,22 milyard kubmetr), “Rosneft” (42,82 milyard kubmetr) və “Qazprom neft” (25,78) şirkətləri yer alıblar.

 

Gununsesi.info