Gürcüstan Daxili İşlər Nazirliyi ölkə ərazisində miqrasiya nəzarəti çərçivəsində genişmiqyaslı reydlər keçirib.
Gununsesi.info xəbər verir ki, əməliyyatlar zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozan 50 əcnəbi vətəndaş saxlanılıb.
Nazirliyin məlumatına görə, saxlanılan şəxslər arasında Azərbaycan, Rusiya, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan vətəndaşları, eləcə də Asiya və Afrika ölkələrindən olan şəxslər var.
Bildirilib ki, qanun pozuntusuna yol vermiş əcnəbilərlə bağlı Gürcüstan qanunvericiliyinə uyğun tədbirlər görülür.











