İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin tanınması üçün tarixi addım atıb - AKP-li DEPUTAT/ özəl

  • By admin
  • 07 Aprel 2024 13:25

Xəbər verdiyimiz kimi, Milli Məclisdə Azərbaycan Şimali Kıprıs Türk Cümhuriyyəti Parlamentlərarası işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul olunub.

Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Yunus Kılıc Gununsesi.info-ya özəl açıqlamasında bu barədə danışıb.

Azərbaycan Parlamentinin bu qərarının tarixi hadisə olduğunu vurğulayan AKP-li deputatın sözlərinə görə, bu, Prezident Əliyevin türk dövlətləri birliyinə verdiyi önəmin nəticəsidir: “Xatırlayırsınızsa, cənab İlham Əliyevin təşəbbüsü ilə Şimali Kipr Türk Cümhuriyyəti Tük Dövlətləri Birliyində  müşahidəçi statusunda dəvət edilib.  Şimali Kipr Türk Cümhuriyyəti  üçün bu önəmli məsələ idi. Hesab edirəm ki, İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil ölkə kimi dünyada tanınması üçün ciddi addım atıb. Bu gün də Azərbaycan Milli Məclisində iki ölkənin parlamenti arasında işçi qrupun yaradılması ciddi addımdır. Hesab edirəm ki, qarşıdakı zaman ərzində Azərbaycanın da səyləri nəticə verəcək və bütün dünya Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil dövlət olduğunu qəbul edəcək”.

Şimali Kipr Türk Cümhuriyyətinin kefdən yaranan bir dövlət olmadığını vurğulayan Yunus Kılıc deyir ki, bu dövlətin ortaya çıxması o bölgədə türklərə edilən zülümlər, soyqrımların nəticəsəndə olub: “Ermənilər Qarabağda hansı əməlləri törətmişdilərsə, rumlar da türklərə qarşı eynisini etmişdi.  Bu gün Şimali Kipr Türk Cümhuriyyəti müstəqil dövlətdir, özünün prezidenti, hökuməti var. Bu dövlətin tanınması üçün Azərbaycanın da Türkiyə ilə bərabər eyni fəaliyytdə olmasından qüruru duyuruq və mən buna görə prezident İlham Əliyevə təşəkkür edirəm. Azərbaycan prezidenti tarixi missiyada öz dəstəyini ortaya qoyub”.

 

Elmar Elnuroğlu

Gununsesi.info