Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın və Şuşa rayonlarında əmək yarmarkaları təşkil ediləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə keçiriləcək yarmarkalar oktyabrın 15-də saat 10:30-da Laçın şəhərindəki “Seyrangah” adlanan ərazidə, oktyabrın 16-da 11:00-da isə Şuşa şəhərindəki Şuşa hotelində keçiriləcək.
Tədbirlərdə işsiz və işaxtaran şəxslərə 42-dən çox müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 400-dən çox vakansiya təqdim ediləcək, onlara Agentliyin aktiv məşğulluq proqramları barədə ətraflı məlumatlar da veriləcək.