87 saatdan sonra xilas edilən azyaşlının sualı xilasediciləri çətin vəziyyətə salıb

  • By admin
  • 09 Fevral 2023 21:52

Malatyada baş verən zəlzələnin 87-ci saatında 7 mərtəbəli binanın dağıntıları altından xilas edilən 7 yaşlı Miran Gülün sualı xilasediciləri çətin vəziyyətə salıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşağa zərdab vurulduğu vaxt o, ayağa qalxmağa çalışaraq xilasedicilərə, – “Hara gedəcəyik?”, – sualını verib.

Xilasedicilər uşağı dərhal təcili yardım maşınına çatdırıblar.

Qeyd edək ki, Miranın anasını və 2 böyük bacısını xilas etmək mümkün olmayıb.

Gununsesi.info