Taliban bu əyalətdə interneti qadağan etdi

Taliban lideri Hibətullah Axundzadə Bəlx əyalətində fiber optik interneti qadağan edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məqsəd ölkədə əxlaqsızlığın qarşısını almaqdır.

Administrasiyanın sözçüsü, bu tədbirin Bəlx əyalətində tətbiq edildiyini və kabel internetin tamamilə dayandırıldığını açıqlayıb.

Lakin, mobil internet xidmətləri funksional olaraq qalır.

Zaid, qadağanın səbəbinin əxlaqsızlıqla mübarizə olduğunu qeyd edərək, alternativ internet infrastrukturunun ölkə daxilində tikiləcəyini bildirib.

O, Bəlx əyalətinin niyə seçildiyi və qadağanın digər əyalətlərə yayılacağı barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, Əfqanıstan hakimiyyəti təhlükəsizlik səbəbləri ilə mobil telefon şəbəkəsini bəzi hallarda, xüsusən dini bayramlar zamanı müvəqqəti olaraq dayandırır.

 

 

Şəbnəm

Gununsesi.info