Pezeşkian amerikalı teleaparıcını İrana dəvət edib

  • Müəllif: Şəbnəm
  • 28 Sentyabr 2025 21:48

İran prezidenti Məsud Pezeşkian müsahibəsi zamanı Fox News telekanalının aparıcısı Marta Makkallumu İslam Respublikasına səfərə dəvət edib.

O bildirib ki, aparıcının yerli qadınların hüquqlarını şəxsən görməsi faydalı olardı.

“Düşünürəm ki, İrana səfər etmək sizin üçün əla olardı. Çünki sizə göstərilənlər, [Qərb] kəşfiyyat agentliklərinin və başqalarının dedikləri, İranın gündəlik həyatından tamamilə uzaqdır”, – siyasətçi qeyd edib.

Pezeşkian vurğulayıb ki, İranda qadınlar azadlıqlardan məhrum deyillər. Onun sözlərinə görə, hazırda ölkənin hökumət və administrasiyasında beş qadın fəaliyyət göstərir.

 

Gununsesi.info