İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu barəsindəki “siyasi casusluq” ittihamı da məhkəmə tərəfindən təsdiqlənib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı NTV kanalı yayıb.
Xatırladaq ki, bu il martın 23-də Ə.İmamoğlu haqda İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. Daha sonra Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.










